"Babilin ən varlı adamı" kitabından maraqlı sitatlar | Kitab sözləri

 

Əgər sən imkanlardan yararlansan, uğur üzünə güləcək

Babilin ən varlı adamı, Corc Kleyson

 


 

 

  • Həqiqətən nə istədiyinə qərar ver sonra isə ona nail olmaq üçün bütün gücünü səfərbər et.
  • Xırda arzularını həyata keçirtməyi öyrənəcək adam özünü daha böyüklərinə hazırlayır.
  • Niyyət olan yerdə, yol da tapılar.
  • Əgər insanın bəxti gətirirsə, hər şeydə gətirər.
    Onu Fərata atsanız, əlində mirvari dənəsi ilə çıxar.
  • Babil atalar sözü
  • Pulu heç vaxt itməyən adamlar,onu əldə etməyin sadə qanunlarini anlayanlardir
  • Qazandığım pulların bir qismi mənə məxsusdur.
  • Uğur qazanmağın yolunu bilən insanı buna görə günahlandırmaq olmaz.
  • Dörd il balıqla￾rı müşahidə edib küləyin istənilən istiqamətində toru la￾zımi yerə atmağı bacaran balıqçıya məgər bəxtəvər deyə bilərsən? Uğur — əzəmətli ilahədir. O buna hazır olmayan

 «Babilin ən varlı adamı» kitabından maraqlı sitatlar | Kitab sözləri 
"Babilin ən varlı adamı" kitabından maraqlı sitatlar | Kitab sözləri

Müdrik insanlarla məsləhətləşin. İşini bilənlərin məsləhətləri, qızıl dəyəri ilə ölçülür.

Babilin ən varlı adamı, Corc Kleyson

 

  • Uğur- çox qəddar ilahədir, o, hər zaman hamıya kömək etmir. Əksinə, əvvəlcə, layiq olmadığı halda qızıla tutduğu istənilən adamı, sonradan, böhrana uğradır.
  • Tez gələn sərvət, tez də əldən gedir. Əgər var-dövlət bi­lik və məqsədyönlü zəhmət nəticəsində yaranıbsa, o uzun­ müddətli olub, sahibini sevindirir. Ağıllı adama sərvət yığ­maq çətin deyil. Çətin olan, bu yükü uzun illər boyu daşı­maqdır.
  • Müdriklik və bacarığa nail olmaq üçün öz gücünü artır, öyrən və elə əməl et ki, özünə hörmət edəsən.
  • Əgər insanın içində kölə ruhu yaşayırsa, o doğulmağından asılı olmayaraq, elə kölə də olacaq. Eynilə, su kimi, o da axıb çuxurunu tapır.
  • Edə bilmək imkanı var ikən, etmədiklərimiz haqqında olan xatirələrimiz bizə hər zaman əzab verəcək.

 


 

Nə qədər ki yaşayırsınız, həyatdan zövq almağa tələsin. Həddindən çox yığmağa da çalışmayın. Əgər qazancınızın onda birini rahat saxlaya bilirsinizsə, bununla da kifayətlənin. Gəlirinizə görə yaşayın və pulunuzu xərcləməkdən çəkinməyin. Həyat xoş şeylərlə dolu olduqca gözəldir.

Babilin ən varlı adamı, Corc Kleyson

 

 

0 şərh